Pis gündən qorunmaq üçün nə etməli?

«İnsanın başına gələcək ən qorxulu iş nədir?» sualına əksəriyyətimiz «əlbəttə ki, ölümdür» cavabını verərik. Dooğrudan da həyatımız, dünyamız, yaxınlarımız, bizi əhatə edən insanlar və hisslər çox qiymətli və əzizdir. Həyatı və bütün bunları itirmək əsl faciədir. Amma ailəli şəxslərin bu suala cavabı fərqli olacaq. Ailə başçıları, xüsusilə də kiçik övladları olanlar üçün baş verə biləcək ən qorxulu hal həyatını itirməklə yanaşı, ailəni müdafiəsiz – pulsuz və təminatsız qoymaqdır. Bu – ölümdən də dəhşətlidir.

Ailə başçılarından gələn …təhlükə

car-crash1Hələ təqribən 10 il bundan əvvəl Dünya Bankı Azərbayanda avtomobil qəzaları, onların səbəbləri və bu qəzaların sosial  nəticələri barədə araşdırma aparmışdı. Araşdırmada məlum oldu ki, Azərbaycandakı ailələrin böyük hssəsi ailə başçısından təhlükəli dərəcədə asılıdır. Daha dəqiqi ailənin rifahı, gəlirləri, sosial müdafiəsi, ailədəki uşaqların keyfiyyətli təhsil və tibbi xidmətlərə çıxışı ailə başçıları və onun gəlirlərindən birbaşa asılıdır. Belə vəziyyətdə ailə başçısının vəfatı təkcə yaxın adamın itirilməsi demək deyil. Ailə başçısı həlak olanda, indiyədək yaxşı yaşayan ailə həm də əsas gəlir mənbəyindən məhrum olur, sürətlə kasıblaşmağa başlayır və ən aşağı sosial təbəqələrə enir. Bunun nəticələrini sadalamağa lüzum yoxdur – ailə üzvləri yaxşı qidalanmır, keyfiyyətli təhsil və tibbi xidmət almır, ailədə xəstəliklər başlayır, uşaqlar yaxşı təhsil almadıqlarından onların karyera şansları itirilir və s. Ən pisi odur ki, bü proses nəinki ailəni hətta buradakı uşaqların da ailələrini əhatə edir. Təqribi hesablamalara görə, ailənin bir də əvvəlki sosial səviyyəyə qalxması üçün az qala 30-40 il vaxt lazım olur. Ailə başçısı üçün bu vəziyyət ölümdən də dəhşətli bir haldır. Məhz buna görə, ailə başçıları və böyüklər üçün əsas narahatlıq yaxınların rifahıdır.Ona görə də, insanlar daima pis gündən qorunmaq üçün müxtəlif çıxış yolları axtarırlar.

Pis gündən qorunmağın “çıxış yolları”

Belə narahatlıqdan qurtarmağın yollarından biri də həyat sığortasıdır. Hazırda həyat sığortasında az qala həyatda baş verən istənilən vəziyyətlə bağlı hazır “çıxış yolları” var. Açığı bədbəxt hadisənin, olayın, bəzən ölümün də qarşısını almaq çətindir. Əvəzində insanlar, ələxsus da yaxınlarının gələcəyindən narahat olan ailə başçıları müxtəlif sığorta növlərindən istifadə etməklə ailələrinin gələcək problemlərin indidən həll edə bilərlər. Bunun üçün həyat sığortası şirkətlərində müxtəlif sığorta variantları var.

Sığortalanın – ailənizin gələcəyin indidən düşünün!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir