Həyat sığortası üzrə ərizə formasında səhv məlumat qeyd etsək …

Həyat sığortası üzrə ərizə formasında səhv məlumat qeyd etsək hansı hallar baş verə bilər?

Müvafiq qaydalara uyğun olaraq, həyat sığortası polisi alarkən əvəllcədən sığorta ərizəsi doldurulur. Bu ərizə formasında bilərəkdən yalan məlumatı yazmaq bizə sığorta haqqı məbləğinin daha çox hesablanmasına səbəb ola bilərmi?

Dürüstlük ən gözəl siyasətdir!

Həyat sığortasına müraciət etdiyimiz zaman verdiyimiz hər bir məlumat sonda alacağımız sığorta məbləğinə təsir göstərir. Bu səbəbdən hər bir informasiyanın reallığa uyğun olmasına ciddi fikir vermək lazımdır, əks halda neqativ nəticələr ola bilər.

Misal üçün:

  • Siz ərizə formasına yalnış olaraq “hər hansı bir xəstəliyim yoxdur” kimi informasiyanı qeyd edirsiniz
  • Bununla da, siz sığorta şirkətini sizin daha az riskli olmağınıza inandırmağa cəhd edirsiniz

Həyat sığortası əldə edərkən insanlar arasında ən çox yalan ifadələr bunlardır:

  • Ailəsində xərçənq xəstəliyi olmayıb
  • Tütün istifadəsi
  • Depresiya
  • Qanunsuz narkotik istifadəçisi

Baxmayaraq ki, həyat sığortası əldə edərkən tibbi müayinədən keçilir, testlər (boy, çəki, qan təziqi, qan analizi) verdiyiniz yalnış məlumatları aşkar etməyə bilər.

Lakin,düzgün olmayan göstəricilərin nəticəsiz qalmır.

Səhv göstəricilərə görə sizin sığorta paketiniz ləğv oluna bilər və ya qiyməti daha da bahalaşa bilər. Və bu onunla nəticələnə bilər ki, sığorta hadisəsi baş verərsə (yəni sığorta olunan həyatını dəyişərsə) göstərilən sığorta məbləğ azaldıla və ya hətta ödənişdən imtina da edilə bilər.

Bu halda, ən gözəl seçim həyat sığortası üzrə ərizəni doldurarkən dürüst olmaqdır.

Özünüzə qarşı hər hansı bir şübhəniz varsa, inandığınız sığorta şirkəti ilə əlaqə saxlayın və daha ətraflı məlumat alın. Bu sizin alacağınız məbləği müəyyən etmək üçün ən düzğün seçimdir.

“Düzlük harada, 100-lük orada” deyiblər atalarımız.

Dürüst və sığortalı olaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir