Bəs zəmanəti kim verir?

Həyat sığortası şirkəti fəaliyyətini dayandırarsa bəs bizə ödəniləcək məbləğə kim və necə zəmanət verir? Bu sual bir çoxlarımızı narahat edir.

Bəs həqiqətən zəmanəti kim verir?

Həyat sısğortasının tarixi fəaliyyəti 200 ildən çox bir dövrə təsadüf edir. Yəni 2 əsr bundan qabaq belə həyat sığortası şirkətləri fəaliyyətə başlayıb, xidmət göstəriblər. Maraqlısı budur ki,  indiyədək heç bir həyat sığortası şirkəti müflis olmayıb. Amma təəssüfləndirici haldır ki bunu banklara və ya digər maliyyə strukturlarına aid edə bilmirik.

Dünya təcrübəsi də göstərir ki, indiyədək yığım sığortası məhsulunu əldə edən müştərilərdən hamısı müddətin sonunda və ya sığorta hadisəsi baş verdiyi halda öz vəsaitlərini alıblar. Yəni elə bir insan yoxdur ki, yığım sığortasına qoşulsun və nəticədə öz yığımını almasın. Bu nəinki Azərbaycanda, hətta dünyada belə bir hadisə olmayıb. Elə hallar olub ki, şirkət öz fəaliyyət növünü dəyişib, lakin bu heç bir halda müştərilərə mənfi təsir göstərməyib. Şirkət öz portfelini digər şirkətə ötürür, bununlada həmin müştərilər daha böyük şirkətlərin müştərilərinə çevriliblər.

Hər bir sığorta şirkəti ən azı iki təkrarsığorta şirkəti ilə əməkdaşlıq edir. Bu da bir növ sizin zəmanətiniz deməkdir. Çünkü əgər sığorta şirkətində hər hansı maliyyə problemləri yaranarsa təkrarsığorta şirkəti sizin məbləğinizi tam ödəməyə malikdir. Təkrarsığorta şirkətlərinin ən böyük ödənişləri kütləvi sığorta hadisələri üzrə olub.  Buna 1912-ci ildə “Titanik” gəmisinin batması nəticəsində və 2001-ci il 11 sentyabr hadisələrinə görə verilən sığorta ödənişlərini misal gətirmək olar. Bütün bunlar bir daha sübut edir ki, həyat sığortası şirkətləri rəqabətə davamlı olmaqla öz ayaqları üstündə möhkəm dayana bilirlər.

Onu da qeyd edək ki, ən kiçik sığorta şirkətinin öz öhdəliyini yerinə yetirmədiyi halda bu kütləvi inamsızlığa gətirə bilər. Bu isə ümumü sığorta olunanları – müştərilərini itirilməsi ilə nəticələnə bilər. Bu səbədən də təkrarsığorta sistemi yaradılıb.

Bundan əlavə həyat sığortası şirkətlərinə hansı tələblər irəli sürülür?

  • İri həcmli nizamnamə kapitalı (nizamnamə kapitalı sırf pul halında olmalıdır)
  • Sığorta ehtiyyatları
  • Sğortaçının likvid vəsaitləri məlum öhdəliyin minimum 5%-ni üstələməlidir. Bu o deməkdir ki, sığorta şirkəti bütün öhdəliklərini ödəsə belə ümumi məbləğin 5% vəsaiti qalır

Bəs sizin üçün zəmanət nədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir